Ötən gecə Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Bakıxanov prospektində qeydə alınıb.
Taksi fəaliyyəti ilə məşğul olan 28 yaşlı Səməndar Ağayevin idarə etdiyi "MG" markalı avtomobil qarşıda hərəkətdə olan "Nissan" markalı maşına çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək, araşdırma aparıblar. İlkin məlumata görə, qəza Səməndər Ağayevin diqqətsizliyi üzündən baş verib.
Yararsız vəziyyətə düşmüş hər iki avtomobil hadisə yerindən evakuasiya edilib. Faktla bağlı araşdırma aparılır.