20 dərəcə şaxta olacaq <span style="color:red;">- PROQNOZ
18 yanvar 2015 14:47 (UTC +04:00)

20 dərəcə şaxta olacaq - PROQNOZ

Yanvarın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lent.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən trend-ə bildirilib ki, cənub-şərq küləyi, əsasən arabir 15 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 1°-dək isti, gündüz 5-8° isti, Bakida gecə 0-2° şaxta, gündüz 5-7° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 faiz, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq, Şərq küləyi 5-10 m/s çatacaq.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar