Bakıda növbəti start-up weekend-i keçiriləcək
29 oktyabr 2014 15:00 (UTC +04:00)

Bakıda növbəti start-up weekend-i keçiriləcək

0

 

Noyabrın 21-dən 23-dək Bakıda startapçıların weekend-i keçiriləcək. İnnovativ texnologiyalar əsasında biznes qurmuş  sahibkarlar, startap entuziastları, marketerlər, dizaynerlər və proqramçılar “komanda”-larda bir araya gələrək, startaplar quracaq və öz ideyalarını münsiflər heyəti qarşısında təqdim edəcəklər.

 

Tədbirin məqsədi bu yarışmada iştirak edən hər bir komandanın üç gün ərzində startapı tam formalaşdıraraq, işlək halda təqdim etməsidir. Prosesin effektivliyini təmin etmək məqsədilə iştirakçılar “mentor” statuslu peşəkarlar tərəfindən məsləhət ala biləcəklər.

 

Baku Startup Weekend müstəqil mütəxəsislər və Startup Weekend qlobal forumu tərəfindən təşkil edilib.Tədbirə ABŞ, Rusiya, İordaniya, Türkiyə də daxil bir neçə ölkədən qonaqlar qatılacaq.

 

Tədbiri Samsung, DSC, Unibank və ATL şirkətləri dəstəkləyir. Yüksək Texnologiyalar Parkı, ADA universiteti, Khazar Ventures, Galaxy mağazaları tədbirin təşkilati partnyorlarıdır.

Startup Weekend 2007-ci ildən başlayaraq, 107-dən çox ölkədə keçirilmiş və bu foruma ümumi olaraq 100.000-dən artıq sahibkar cəlb edilmişdir. Tədbirlər nəticəsində dünyanın müxtəlif ölkələrində 1000-dən artıq şirkət yaranıb  müvəffəqiyyətlə fəaliyyət göstərir.

 

İştirakçıların diqqətinə!
 

Startup Weekend bu bölmələrdən ibarətdir:

1.     Təqdimat

2.     Səsvermə

3.     Komanda formalaşdırmaq

4.     Fikir mübadiləsi

5.     Minimal işləyən məhsul

 

Təqdimatlar tədbirdə komandanızı tapmaq və formalaşdırmaq üçün birinci əhəmiyyətli addımdır. 60 saniyə ərzində özünü təqdim etməli, həll etdiyiniz məsələ və onun həll yolları haqqında, həmçinin üstünlükləriniz haqqında məlumat verməlisiniz.
Vaxtınız bitdikdən sonra siz yerinizə dönməli və digər iştirakçıların təqdimatlarını izləməlisiniz.Təqdimatlara qulaq asdıqca, sizi maraqlandıran insanlar və fikirlər haqqında qeydlər edin.


Unutmayın ki, hər şeydən əvvəl iştirakçılar vaxtı yaxşı dəyərləndirməli və seçilməyə çalışmalıdırlar. Təqdimatlar bitdikdən sonra iştirakçılarla ünsiyyət qurmaq ücün 45 dəqiqə verilir. Diqqətinizi çəkən insanlar və ideyalar haqda daha çox öyrənib, komanda qurmaq üçün sizə uyğun olan, komandanızı tamamlayacaq iştirakçıları tapmağa çalışın.

 

Yaxşı komanda məhsulu işləyib hazırlaya bilən, istehlakçıları nəzərə alan, hərtərəfli təqdimat hazırlayan, məhsulun və biznesin işlək olduğunu təsdiq edə bilən, enerjili və bir-birilə uyğunlaşan insanlardan ibarət olmalıdır.

 

İştirak etmək üçün burada qeydiyyatdan keçə bilərsiniz: https://www.eventbrite.com/e/baku-startup-weekend-november-2014-registration-13496158373?aff=UP%20Community%20Sites


Tədbir barədə daha ətraflı: http://www.up.co/communities/azerbaijan/baku-azerbaijan/startup-weekend/4666

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 834

Oxşar yazılar