Bu gün “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Lent.az-ın məlumatına görə, konfransda təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika komitəsi sədrinin müavini Şaiq Əsgərov və xarici ölkələrin tanınmış alim və pedaqoqları iştirak edirlər:
konfrans Azərbaycan Təhsil Problemləri İnstitutu, Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda çıxış edən Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd təhsilalanların mənəvi-əxlaqi inkişafı və şəxsiyyət kimi formalaşması sahəsində müasir tendensiyalar, mövcud qabaqcıl təcrübənin mübadiləsi və onun Azərbaycan təhsilinə inteqrasiyasıdır.
Daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov vurğulayıb ki, mənəvi tərbiyə hər zaman diqqət mərkəzində olub: "Sağlam düşüncəli gəncləri formalaşdırmaq cəmiyyətin ən mürəkkəb problemi kimi səciyyələndirilib. Sovetlər dönəmində insanlarımız ideoloji çərçivə mühitində yaşadığından vətəndaşlar özlərini bir şəxsiyyət kimi lazımı səviyyədə göstərə bilmirdilər, çünki buna imkan verilmirdi. Təbii ki, mövcud problem təhsil sahəsinə də öz mənfi təsirini göstərmiş olurdu. Müstəqillik qazandıqdan sonra çətində olsa ideoloji prosesdən çıxış yolu tapa bildik".
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qurbanova, millət vəkili Bəxtiyar Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov və digər şəxslər çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, konfrans sabah öz işini yekunlaşdıracaq.

Bakıda beynəlxalq elmi konfrans keçirilir
Oxşar yazılar

Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
4 iyul 2025 , 17:26
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq? - PROQNOZ
4 iyul 2025 , 17:11
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
4 iyul 2025 , 16:39
Yayda zibil maşınlarının ifunətli suları - Sakinlər narazıdır, qurum təkzib edir
4 iyul 2025 , 16:26
108 yaşlı qadın hər gün yeməkdən əvvəl içdiyi alkoqollu içkini açıqladı
4 iyul 2025 , 15:56
İtkin düşən üç hərbçimiz Kəlbəcərdə dəfn edildi -FOTOLENT
4 iyul 2025 , 15:23
Sabah çimərliklərə getməyiniz məsləhət deyil - SƏBƏB
4 iyul 2025 , 14:46