Bakıda "Qırmızı Kitab"a düşən 6 ağacı kim kəsib? - <span style="color:red;">ARAŞDIRMA
18 iyul 2018 11:39 (UTC +04:00)

Bakıda "Qırmızı Kitab"a düşən 6 ağacı kim kəsib? - ARAŞDIRMA

Prezident İlham Əliyev bu yaxınlarda qanunsuz tikililərə şərait yaradan dövlət məmurlarının çox ciddi şəkildə cəzalandırılacağı barədə xəbərdarlıq edib.

 

APA TV-nin məlumatına görə, dövlət başçısı həmçinin binaların həyətində tikinti aparmağın cinayət olduğunu və bunu edənlərin cavab verəcəyini də bildirib.

 

Lakin bu xəbərdarlığa baxmayaraq, qanunsuzluğa yol verənlərə hələ də rast gəlinir. Paytaxtın Xətai rayonunun Yusif Səfərov küçəsində olduğu kimi.

 

Bura Xətai rayonu Yusif Səfərov küçəsi 12 və 12 a ünvanıdır. Gördüyünüz bu ərazidə obyekt tikilməsi səbəbi ilə “Qırmızı Kitab” a düşmüş 6 ədəd şam ağacı kəsilib. Bina sakinlərinin sözlərinə görə, şam ağacları 60-cı illərdə əkilib. Mart ayında Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ağacları əvvəlcə budayıb, sonra da kəsib: “Burada 1967-1969-cu illərdə əkilmiş ağaclar var idi. O ağacları kəsdilər. Yerində obyekt tikmək istəyirlər. Ağacları kəsəndən sonra burada tikinti aparmağa başladılar. Nə qədər çalışsaq da, dediklərindən dönmürlər. Siz gəlmədən burada idilər. Hiss elədilər ki, çəkiliş gələcək, dağılışdılar”.

 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də müraciət olunub. Onlar əraziyə baxışı zamanı ərazidə quru və ya yaş halda ağac kəsintisi faktı aşkar etməyiblər. Bu cavabın verilməsi təbiidir. Çünki ərazi artıq betonlanmışdı. Ağacların kökləri isə yerində durur: “O vaxt YAP-ın inzibati binası tikiləndə bu ağac kökləri var idi (hasarda kökləri göstərir). O vaxt onlar qıyıb ağacları kəsmədilər. Oradan yer açdılar ki, ağacların budaqları çıxsın. Obyekti tikmək istəyən onu da kəsdi. Gördüyünüz kimi, yarısı da qalıb orda. Prezidentin göstərişi var ki, ağac kəsmək olmaz. O kəsilən ağacların yerinə nə qədər ağac əkdik”.

 

Maraqlı məqamlardan biri də odur ki, kimliyi bəlli olmayan sahibkar bina sakinlərindən əsassız iddia ilə təzminat istəyir: “Gedib Xətai Rayon Məhkəməsinə bizdən şikayət edib. Biz də ondan şikayət etdik. Sonra o da şikayəti geri götürdü, biz də. Təzədən gedib Nəsimi Rayon Məhkəməsində qərar qəbul etdirib”.

 

Məsələni aydınlaşdırmaq üçün sakinlərlə birgə Xətai Rayon İcra Hakimiyyətinə yollandıq. İcra başçısının müavini Etibar Əhmədov və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirdilər ki, sakinlərin narazılığını nəzərə alaraq obyektin tikintisi dayandırılacaq. Hətta məhəllədə abadlıq işləri də aparılacaq.

 

İndi söz zamanındır!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 337
avatar

APA TV

Oxşar yazılar