Bakıda 10 marşrut avtobusu ilə bağlı<span style="color:red;"> YENİLİK
29 may 2018 16:52 (UTC +04:00)

Bakıda 10 marşrut avtobusu ilə bağlı YENİLİK

Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 10 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, dəyişikliyin məqsədi çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.  Mövsümi xarakterli dəyişikliyə gələn ayın 1-dən tətbiq ediləcək.

 

 

·        107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Buzovna” çimərliyinə;

 

·        108A nömrəli marşrut xətti avtobuslar “Görədil” və “Fatmayı” bağlarına;

 

·        141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin “Sahil” çimərliyinə qədər;

 

·        171 nömrəli marşrut xətti üzrə avtobuslar Nardaran qəsəbəsi “See Breeze” istirahət mərkəzinə;

 

·        172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Bilgəh” bağlarına;

 

·        173 və 179 nömrəli marşrut xətti üzrə avtobuslar “Pirşağı” bağlarına və çimərliyinə qədər;

 

·        185 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar “Qızılqum” sanatoriyasına qədər;

 

·        189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhiş” bağlarına qədər;

 

·        210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə “Türkan”

 

bağlarına qədər fəaliyyət göstərəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar