Bakı məktəblərində yeni əməkhaqqı sistemi tətbiq ediləcək
16 oktyabr 2014 14:21 (UTC +04:00)

Bakı məktəblərində yeni əməkhaqqı sistemi tətbiq ediləcək

0

 

Təhsil Nazirliyi paytaxt Bakının orta məktəblərində çalışan müəllimlər üçün differensial əmək haqqı sisteminin tətbiqi ilə bağlı Nazirlər Kabinetinə təklif verəcək. Lent.az-ın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov bəzi təhsil işçilərinin mükafatlandırılması məqsədilə keçirilən tədbirdə bildirib ki, paytaxtın bütün orta məktəb müəllimləri sınaq qiymətləndirmədə iştirak edib: “Növbəti həftələr ərzində yeni təklif Nazirlər Kabinetinə təqdim ediləcək. Bu məsələyə Təhsil Nazirliyinin mütəxəssislərindən əlavə, Maliyyə Nazirliyinin mütəxəssisləri çox böyük töhfə verib. Hazırda son hazırlıq işləri aparılır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2676

Oxşar yazılar