Azərbaycanşünaslığın problemləri Bakıda...
02 may 2013 15:17 (UTC +04:00)

Azərbaycanşünaslığın problemləri Bakıda...

Bakıda “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda IV Beynəlxalq elmi konfrans öz işinə başlayıb. Bu barədə Lent. az-a AMEA-dan məlumat verilib. Konfrans Bakı Slavyan Universitetində keçirilir və Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

 

AMEA və BSU-nun birgə təşkilatçılığı ilə keçirilən konfransda dünyanın 14 ölkəsindən  olan elm xadimləri, o cümlədən AMEA-nın institut və təşkilatlarının, ölkənin ali təhsil müəssisələrinin nümayəndələri, Bakıdakı diplomatik korpus nümayəndələri, dövlət xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik  Akif Əlizadə konfransın aktual mövzuya həsr olunduğunu, azərbaycançılıq məfkurəsinin yaranmasında, möhkəmlənməsində, ümumbəşəri ideyaların həyata keçirilməsində böyük əhəmiyyət kəsb etdiyini, konfransın əsas leytmotivinin azərbaycançılıq olduğunu bildirib.

Tədbirdə çıxış edən BSU-nun rektoru, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev BSU-nun yaranmasında Heydər Əliyevin rolundan, konfransın məqsədlərindən söz açıb.

Sonda iştirakçı gənclər adından “Evrovision-2011” Mahnı müsabiqəsinin qalibi, BSU-nun məzunu və əməkdaşı Eldar Qasımov qonaqları salamlayıb və “Azərbaycan” mahnısını ifa edib.

Qeyd edək ki, konfrans mayın 4-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 464

Oxşar yazılar