Azərbaycanlı xalçaçı Makronun portretini yaratdı: bitki toxumundan
09 may 2017 18:36 (UTC +04:00)

Azərbaycanlı xalçaçı Makronun portretini yaratdı: bitki toxumundan

 

 

Azərbaycanlı xalçaçı Dağlar Səfərov Fransanın yeni seçilmiş prezidenti Emanuel Makronun bitki toxumlarından portretini hazırlayıb. Xalçaçının Lent.az-a verdiyi məlumata görə, o, Makronun qalib gələcəyini iki həftə əvvəldən proqnozlaşdırıbmış.

 

“Mən hələ təkrar seçkidən 2 həftə əvvəl ona təbrik məktubu göndərdim. Məktubla bərabər üzərində onun rəsmi olan  xalçasını da toxumuşdum, onu da Fransaya göndərə bildim. Seçkidə qalib gələcəyini proqnozlaşdırmışdım. Özünə məktubda da bunu bildirdim. Həmin ərəfədə isə onun bitki toxumlarından ibarət portretini də hazırladım. Bu portretin hazırlanmasında bir sıra tərəvəz toxumlarından istifadə etmişəm. Portreti isə ona şəxsən təqdim etmək niyyətindəyəm. Elə dünən ona məktub yazdım, portretini təqdim etmək üçün onunla görüşmək istədiyimi bildirdim. Cavab gələn kimi Parisə gedib onunla görüşəcəm”, - deyə Dağlar Səfərov bildirib.

 

 Onu da əlavə edək ki, Dağlar Səfərov indiyədək onlarla dünya liderinin portretini hazırlayıb. Onların çoxu ilə təkbətək görüşüb.

# 117
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar