Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İstehsalat Birliyindən Lent.az-a verilən məlumata görə, bu, qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.
Beləliklə, bu gün saat 14:00-dək Sabunçu, saat 15:00-dək Nərimanov, saat 16:00-dək Xətai, saat 18:00-dək Lənkəran, Ağstafa, Tovuz, Masallı, Xaçmaz, Siyəzən, Samux və Yasamal, işlər başa çatanadək isə Xəzər, Gədəbəy və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.