Azərbaycanda yaz havası olacaq - <span style="color:red;">SABAH
27 fevral 2015 13:22 (UTC +04:00)

Azərbaycanda yaz havası olacaq - SABAH

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti fevralın 28-nə olan hava proqnozunu açıqlayıb. Departamentin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Lent.az-a bildirib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, eləcə də çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal və şərq rayonlarında havanın çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək və dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 7-12 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 89

Oxşar yazılar