Satışda qeydiyyatdan keçməyən dərman preparatları var - <span style="color:red;">RƏSMİ
18 sentyabr 2015 11:43 (UTC +04:00)

Satışda qeydiyyatdan keçməyən dərman preparatları var - RƏSMİ

 

“Ədliyyə Nazirliyində reyestrdən qeydiyyatdan keçdikdən sonra bizim əməkdaşlar apteklərdə monitorinqlərə başlayıblar.

 

Sözsüz ki, işin əvvəlidir və problemlərdən qaçmaq mümkün deyil. Müəyyən qədər problemlər var. Satışda qiyməti düzgün göstərilməyən, ölkədə qeydiyyatdan keçməyən dərman preparatları var. Bu da zamanın işidir. Hesab edirəm ki, qısa zaman kəsiyində problemlər aradan qaldırılacaq”.

 

APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

 

O, bildirib ki, Tarif Şurasının planına görə gələn ilin ortalarına qədər ölkədə qiyməti tənzimlənməyən dərman preparatları qalmayacaq: “Bildiyiniz kimi, ölkə rəhbərinin tapşırığı ilə dərman preparatlarının qiymətlərinin tənzimlənməsi istiqamətində çox sürətli addımlar atılır. Nazirlər Kabinetinin qərarı ilə ölkədə qeydiyyatdan keçmiş dərman preparatlarının tənzimlənməsi və onlara nəzarət mexanizmləri hazırlanıb, qərar qəbul olunub, Tarif Şurası qiymətlərin qoyulması üçün təlimat hazırlayıb. Artıq 25 təsiredici maddə üzrə 1057 dərman qiyməti tənzimlənir və 15 sentyabrdan qiymətlər qüvvəyə minib”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 331
avatar

Oxşar yazılar