Milli Məclisdə Cinayət Prosessual Məcəlləsinə əlavələr мüzakirəyə çıxarılıb. Lent.az-ın məlumatına görə, sənəd barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Sənəd Azərbaycanda qanunsuz övladlığa götürülmə və övladlığa götürmə sirrini yayma ilə bağlı məsuliyyətə cəlb olunanların istintaqının sərtləşdirilməsini nəzərdə tutur. Dəyişikliyə görə, Cinayət Məcəlləsində mövcud 174-cü (Qanunsuz olaraq övladlığa götürmə) və 175-ci (Övladlığa götürmə sirrini yayma) maddələrinin istintaqı Cinayət Prosessual Məcəlləsində sadələşdirilmiş icraat qaydasına aid olan işlərin siyahısına daxil edilib. Yəni, artıq bu kimi cinayətlərin istintaqı 3 ay deyil, 1 ay müddətinə yekunlaşaraq qərar verilməsi üçün məhkəməyə göndəriləcək. Аrtıq istintaq altında olan şəxs epizod üzrə ehtiyac olmadığından əlavə ekspertizanın və yoxlamaların aparılmasından məhrum olunacaq.