"“Pasientlər haqqında” Qanunun qəbulu dayandırılıb. Həmin qanun Azərbaycanda icbari tibbi sığorta tətbiq olunandan sonra qüvvəyə minəcək”. Bunu Lent.az-a açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib. O qeyd edib ki, həmin qanun həkimlərin məsuliyyətsizliyini aradan qaldıracaq: “Bu, pasient-həkim münasibətlərinin hüquqi tənzimlənməsi üçün çox vacib sənəddir”.
Millət vəkili vurğulayıb ki, qanun qəbul olunduqdan sonra, bir çox problem öz həllini tapacaq. “Azərbaycanda icbari tibbi sığortanın ölkədə geniş tətbiq edilməsi də bəzi problemlərin həllinə təsir göstərəcək”.