Azərbaycanda əlillik dərəcələrinin təsnifatı müəyyənləşdi
29 mart 2019 15:44 (UTC +04:00)

Azərbaycanda əlillik dərəcələrinin təsnifatı müəyyənləşdi

Azərbaycanda insan orqanizminin funksiyalarının təzahür dərəcələrinin təsnifatı bəlli olub.
 
ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Əlilliyin müəyyən olunması meyarları" barədə qərar layihəsində öz əksini tapıb.
 
Sənəddə qeyd edilib ki, xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan və bu Qaydaya əlavə olunmuş kəmiyyət qiymətləndirmə sistemi vasitəsilə təsnifləşdirilən, 10-100% diapazonunda müəyyənləşdirilən insan orqanizmi funksiyalarının sabit pozuntularının aşağıdakı 4 başlıca dərəcəsi nəzərə alınır:
 
I dərəcə - xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit az əhəmiyyətli funksiya pozuntuları, 10-30% diapazonunda;
 
II dərəcə - xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit orta əhəmiyyətli funksiya pozuntuları, 31-60% diapazonunda;
 
III dərəcə - xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit ciddi funksiya pozuntuları, 61-80% diapazonunda;
 
IV dərəcə - xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit ciddi əhəmiyyətli funksiya pozuntuları, 81-100% diapazonunda.
 
Sənəd 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 825
avatar

Oxşar yazılar