Azərbaycanda dərs ilinin müddəti uzadılmayacaq - <span style="color:red;">RƏSMİ
14 oktyabr 2014 10:26 (UTC +04:00)

Azərbaycanda dərs ilinin müddəti uzadılmayacaq - RƏSMİ

Azərbaycanda dərs müddətinin bitmə vaxtı açıqlanıb. Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 13 yanvar 2011-ci tarixli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır.  Hazırda həmin qərar qüvvədədir.

 

Təhsil Nazirliyi dərs ilinin uzadılmasını, şagirdlərin tətil günlərini, dərs bölgüsünün düzgün bölüşdürülməsini özündə əks etdirən təkliflər paketini hökumətə təqdim edib. Lent.az-ın əldə etdiyi məlumata görə, hökumət nazirliyin təklifinə hələlik cavab verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5805

Oxşar yazılar