Azərbaycan uroloqlarının daha bir uğuru
13 oktyabr 2014 15:22 (UTC +04:00)

Azərbaycan uroloqlarının daha bir uğuru

0

Bu yaxınlarda Türkiyə Respublikasında keçiriləcək  beynəlxalq statuslu 23-cü Milli Urologiya Konqresində həmvətənlərimiz də öz məruzələri ilə çıxış edəcəklər. İlk dəfə Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsində tətbiq edilən sidik kanalının unikal rekonstruksiya metodu, laparoskopik və minimal invaziv urologiya sahəsindəki nailiyyətlər, eksperimental elmi araşdırmalar və s. həmvətənlərimizin məruzələrində əsas prioritet mövzu olacaq.

 

Konqreslə bağlı suallarımızı cavablandıran Mərkəzi Neftçilər Xəstəxanasının urologiya mütəxəssisi, tibb üzrə fəlsəfə doktoru, tanınmış cərrah  Rəşad ŞOLAN bu nəhəng elmi tədbirlə əlaqədar bunları söylədi: “Oktyabr ayında Türkiyə Respublikasında keçiriləcək 23 Milli Urologiya Konqresinə dəvət almağımız bizi çox qürurlandırdı. Bu konqresdə  hədəfimiz klinikamızda tətbiq etdiyimiz yeni cərrahi metodların nəticələrini və digər elmi araşdırmalarımızı xaricdəki həmkarlarımızla paylaşmaqdır. Bu toplantıda 7 məruzəmiz olacaq. Bu məruzələrimizin hər birisi urologiyanın ən aktual problemlərini əhatə edir. Xüsusən də ilk dəfə bizim klinikada tətbiq etdiyimiz sidik kanalının yeni rekonstruksiya metodu dünya tibb ədəbiyyatında bir ilkdir”.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1907

Oxşar yazılar