Azad Rəhimov BMT-nin baş katibi ilə görüşüb
27 oktyabr 2014 17:46 (UTC +04:00)

Azad Rəhimov BMT-nin baş katibi ilə görüşüb

0

Gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munla görüşüb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüş zamanı Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Foruma son hazırlıq məsələsi müzakirə edilib. Forumun keçirilməsində göstərdiyi dəstəyə görə nazir baş katibə təşəkkürünü bildirib.

 

A. Rəhimov görüşdə həmçinin ölkəmizdə həyata keçirilən gənclər və idman siyasəti, bu sahələrdə əldə olunan uğurlar və gələcək planlarla bağlı ətraflı məlumat verib.

 

BMT-nin baş katibi Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında aparılan işlərə yüksək qiymət verib. Sonda baş katib Azərbaycan prezidenti İlham Əliyevə öz salamlarının çatdırılmasını xahiş edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 481

Oxşar yazılar