Azay Quliyev Asiya İnkişaf Bankının nümayəndəsi ilə görüşüb
27 oktyabr 2014 16:20 (UTC +04:00)

Azay Quliyev Asiya İnkişaf Bankının nümayəndəsi ilə görüşüb

Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Asiya İnkişaf Bankının QHT və Vətəndaş Cəmiyyətinin İnkişafı Mərkəzinin rəhbəri Kris Morris ilə görüş keçirilib. Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun yaranması və fəaliyyət istiqamətləri haqqında qonağa ətraflı məlumat verib. A. Quliyev Asiya İnkişaf Bankı ilə Azərbaycan hökuməti arasında olan əməkdaşlıq münasibətlərini yüksək dəyərləndirdiyini bildirib.

 

Kris Morris 2015-ci ilin mayında AİB-na üzv olan 67 dövlətin illik toplantısının keçiriləcəyini qeyd edib. O, toplantı çərçivəsində QHT-lərlə bağlı xüsusi sessiyanın təşkil ediləcəyini deyərək bu istiqamətdə şura ilə yaxından əməkdaşlıq etmək istədiklərini söyləyib. Mərkəzin rəhbəri QHT-lərin monitorinq imkanlarının, bilik və bacarıqlarının artırılması və digər istiqamətlərdə şura ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

 

A. Quliyev irəli sürülən əməkdaşlıq təkliflərini müsbət qarşıladığını və iki qurum arasında bu istiqamətdə müzakirələrin davam etdirilməsinin faydalı olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 290
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar