ASAN Radio İsraildə - FOTO
29 iyun 2017 12:07 (UTC +04:00)

ASAN Radio İsraildə - FOTO

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə dövlət komitəsi və ASAN Radio ölkəmizdə dini tolerantlıq, Azərbaycanda multikulturalizm dəyərlərinin inkişafı və Azərbaycan modelinin digər ölkələr tərəfindən öyrənilməsinə dair birgə layihə həyata keçirir. Lent.az-ın məlumatına görə, bu layihədə həmçinin ölkəmizdə yaşayan dağ yəhudiləri icmasının mövcud vəziyyəti, dağ yəhudilərinin ilk ümumdünya konqresindən bəhs edilir.

 

Bununla əlaqədar ASAN Radionun çəkiliş qrupu İsrailə ezam olunub, İsrailin Tel-Əviv, Qüds (Yerusəlim), Akko və Tirat Karmel şəhərlərində tanınmış hökumət, din və ictimai xadimlərdən müsahibələr götürməkdə davam edir. Əldə olunan faktiki materiallar əsasında xüsusi reportajlar və video hazırlanacaq. ASAN Radionun direktoru Emin Musavi İsraildən xəbər verir ki, İsraildə hal-hazırda ASAN Radionun audio-video reportajları hazırlanır: “Əsas mövzumuz tolerantlıq, multikulturalizm, Dağ yəhudilərinin ilk konqresi və digər mövzulara toxunuruq. Artıq çəkilişlər Tel-Əviv, Haifa, Akko, Tirat Karmel şəhərlərində aparılıb. Bu gün biz Yoknemə yola düşürük. Təbii ki, Yerusəlim (Qüds) şəhərindən də reportajlarımız olacaq”.

 

Reportajları ASAN Radioda gün ərzində dinləməklə paralel, asanradio.az saytından, eyni zamanda rəsmi facebook səhifədən də izləyə bilərsiniz.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 125
avatar

Oxşar yazılar