Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevə məktub yollayıb. Lent.az-ın məlumatına görə, akademik məktubda şirkətin respublikada elmin inkişafına göstərdiyi diqqət və qayğıya, o cümlədən noyabrın 10 və 11-də keçirilmiş “Bakı Elm Festivalı-2014”ə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Məktubda deyilir ki, ARDNŞ-in Azərbaycanda apardığı düzgün neft siyasətinin nəticəsi kimi elmdə və təhsildə olan uğurlar artıq ölkə hüdudlarından kənara çıxıb: “Azərbaycan prezidentinin “biz neft kapitalını insan kapitalına çevirəcəyik” kəlamları uğurla gerçəkləşir. “Bakı Elm Festivalı-2014” bu gerçəkliyin əyani ifadəsi olub”.
A.Əlizadə ARDNŞ ilə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.