Alpinistlərin cəsədləri necə tapılıb? - <span style="color:red;">TƏFƏRRÜAT - VİDEO
17 may 2018 10:51 (UTC +04:00)

Alpinistlərin cəsədləri necə tapılıb? - TƏFƏRRÜAT - VİDEO

Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yürüş zamanı itkin düşən alpinistlərin cəsədlərinin tapılması istiqamətində aparılan əməliyyatların detalları məlum olub. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, itkin düşən şəxslərin hər üçünün meyiti çadırda aşkarlanıb.

 

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bölük komandiri, axtarışlara cəlb olunan qrupun rəhbəri Toğrul Mehdiyev APA TV-nin yerli bürosuna bildirib ki, bir neçə gün öncə müəyyən ipucları tapılıb. Məhz bundan sonra bütün güclər həmin istiqamətə yönəldilib. Onun sözlərinə görə, axtarışlara kinoloji xidmətin xüsusi təlim görmüş itləri də cəlb olunub. 

 

“Təxminən 100-120 metr olan ərazi idi. Əvvəllər 13-14 metr olan qar hazırda 4-6 metr olardı. Axtarışlar o istiqamətdə yönəldildi və gücləndirildi. 2 gün ərzində aparılan axtarışlar nəticəsində tapıldılar. Təxminən 2800-2900 metr hündürlükdə, 4 metr qar uçqunu olan ərazidə 2-2,10 metr qazıntı nəticəsində cəsədlər çadırda tapılıb. Birinci Babur, ikinci Fəridə, 3-cü isə Namin tapılıb. Hamısı istirahətdə olduqları zamanı güclü uçquna düşüblər və hərəkət imkanları olmayıb".

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352
avatar

Oxşar yazılar