Ağac kəsən 8 min 400 manat cərimələndi
17 may 2013 17:38 (UTC +04:00)

Ağac kəsən 8 min 400 manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, “Sumqayıt” şadlıq evinin yanında qarağac ağaclarının kəsilməsi ilə bağlı şikayət daxil olub.

Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aparılan araşdırma zamanı həmin ərazidə diametri 32-36 sm olan 7 ədəd qarağacın qanunuz budanması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 92.3.1 maddəsinə əsasən, qanunu pozmuş Rzayev Telman Bəylər oğlu 8 min 400 manat cərimələnib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638
avatar

Oxşar yazılar