ADİU-nun rektoru professorları topladı
16 oktyabr 2014 13:00 (UTC +04:00)

ADİU-nun rektoru professorları topladı

0

 

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru ali təhsil ocağının professor heyəti ilə ADİU-nun imicinin yüksəldilməsi, təhsilin keyfiyyətinin artırılması məsələsini müzakirə edib.

Ali məktəbdən Lent.az-a verilən məlumata görə, müəllim adının müqəddəs olduğunu, onların əməyinəyüksək qiymət verdiyini vurğulayan rektor müəllimlərin əmək haqlarının differensiallaşdırılaraq mütəmadi olaraq artırılacağını bildirib. Bunun üçün kadr potensialının keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulub.

Görüşdə bir sıra aktual məsələlərə toxunulub. Xüsusilətədris prosesində yeni innovativ metodlardan istifadəyə diqqət çəkilib. Tədrisin keyfiyyətinin artırılması məqsədilə, Boloniya sisteminin tələblərinə əsasən, gələn ildən müəllimlərin tələbələr tərəfindən seçiləcəyi bildirilib.

Professorlar ADİU-da tətbiq olunan yenilikləri müsbət dəyərləndirərək təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına dair təkliflər irəli sürüblər.

Görüşdə bildirilib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər bundan sonra da davam etdiriləcək. Əsas məqsəd kimi professor-müəllim arasında stimullaşdırıcı proseslərin daha da artırılması və keyfiyyətli təhsilin təmin edilməsi qeyd olunub.

Azərbaycan Dövlət İqtisad Universitetində 78 professor pedaqoji fəaliyyətlə məşğuldur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 397

Oxşar yazılar