Azərbaycanda yeni telekanalın yaradılması gündəmdə deyil.
Bu barədə Lent.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, son zamanlar bu sahədə xeyli iş görülüb. Nəticədə “Regional TV” yaranıb: “Hazırda 10 televiziya kanalı bütün ölkəyə yayımlanır. Qonşu Gürcüstanda bu rəqəm 4-dür. Türkiyədə cəmi 24 telekanal bütün ölkəyə yayımlanır. Ona görə də hələlik yeni telekanalın açılması məsələsi gündəlikdə yoxdur. Mövcud telekanalların potensialından daha çox istifadə edilməlidir”.