
Təkərlərin ölçüləri sürət göstəricisinə təsir edir - Usta danışır
Avtomobilin təkərlərinin ölçüləri zavod tövsiyəsindən fərqli olduqda faktiki sürət də idarəetmə panelində göstərilən sürətdən fərqli olur. Nəticədə yol üçün müəyyən edilmiş həddə yaxın sürətlə hərəkət edən sürücü özü də bilmədən radara düşə bilər.
Avtomobil ustası Sahil Ağabəyli deyir ki, ABS sistemi ilə təchiz edilən avtomobillərdə təkərlər ancaq zavod tövsiyəsinə uyğun olmalıdır. Əks halda idarəetmə panelində olan sürət sürücünü aldada bilər.
Sürücülərin bir çoxu bundan xəbərsizdir. Ona görə də məhz bu səbəbdən cərimələnənlər də var.
Avtomobil ustaları onu da deyirlər ki, təkərlər arasında olan bir millimetrlik fərq də sürətə təsir edə bilir. Bununla yanaşı, zavod tövsiyəsindən fərqli təkərlər digər detalların sıradan çıxmasına da səbəb olur.
Həmçinin təkərlərin fərqli ölçüdə olması benzin sərfiyyatının 8-10 faiz artmasına səbəb olur.
(Xezerxeber)
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06