"Siniflərdə şagird sıxlığı var" - Nazir müavini
30 may 2019 15:31 (UTC +04:00)

"Siniflərdə şagird sıxlığı var" - Nazir müavini

0
"Təhsil sahəsində geniş şaxəli islahatlar aparılır".
 
ONA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini İdris İsayev media nümayəndələri üçün keçirilən təlimdə deyib.
 
O bildirib ki, islahatlar məzmun, təhsil standartları, təhsilə əlçatanlığın artırılması, təhsilalanların və təhsilverənlərin göstəricilərinin dəyişdirilməsini əhatə edir.
 
Nazir müavininin sözlərinə görə, Azərbaycanda 1 milyon 600 min şagird təhsil alır, 150 minə yaxın müəllim pedaqoji faəliyyətlə məşğul olur, ölkədəki təhsil müəssisələrinin sayı isə 4500-dür: "360-a yaxın müəssisədə təhsilalanlara ümumi təhsil, 800-ə yaxın müəssisədə ümumi-orta (IX illik) təhsili verilir. Beləliklə, əhalinin 16 faizi bu və ya digər formada bu sahə ilə bağlıdır".
 
İ. İsayev qeyd edib ki, hər bir sinifdə şagird sıxlığı var: "Qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, hər bir sinifdə şagird sayı 20 olmalıdır. Siniflər üzrə şagird sayı 30-dan çox olmamalıdır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu məsələ ilə bağlı qərar qəbul edilməlidir. Bu, siniflərin komplektləşdirilməsi baxımından mühüm addım olacaq".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 506

Oxşar yazılar