Sabunçu-Zabrat yolunun Heydər Əliyev prospekti ilə kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri davam edir. Görülən işlər çərçivəsində artıq ərazidəki piyada keçidinin ətrafında səki boyunca dəmir məhəccər vurulub.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Verilən məlumata görə, mövcud dayanacaq məntəqəsi köçürüldükdən sonra səkinin qalan hissəsi də məhəccərlənəcək. Analoji tədbir yolun qarşı tərəfində də aparılacaq.
Məlumat üçün onu da qeyd edək ki, Fəzail Bayramov küçəsində geridönmə yerinin təşkili işləri isə artıq yekunlaşıb. Bununla da ətraf ərazilərdə yaşayan sakinlərin Yusif Səfərov küçəsinə çıxışı asanlaşıb.
Əvvəllər bunun üşün Xocalı və ya Babək prospektlərindən istifadə edən sürücülər artıq yeni təşkil edilən geridönmədən istifadə etməklə rahat şəkildə Yusif Səfərov küçəsinə çıxa bilirlər.