Bolkart sahibləri malları alaraq 12 aya hissə-hissə
ödəmək imkanı əldə ediblər.
Samsung mobil telefonlarının Azərbaycandakı rəsmi distribyutoru - “İntegral” şirkətinin İntegralPlus satış şəbəkəsinə məxsus Samsung Store brend mağazasında yeni möhtəşəm kampaniya başa çatıb. Azərbaycanın ən populyar kredit kartı - Bolkart sahibləri Samsung Store-da güzəştli alış-veriş edə biliblər. Kampaniyanın şərtlərinə görə Bolkart-la alınan məhsulun dəyərini əlavə xərcsiz, 12 ay ərzində ödəmək mümkündü. Beləliklə, Bolkart sahibləri Samsung Store brend mağazasında son model mobil telefonlar, audio və video texnika, televizorlar, planşet kompüterlər, müxtəlif aksessuarlar və digər mallar əldə edə biliblər.
Qeyd edək ki, Bakı şəhərinin mərkəzində, 28 May küçəsi, 20 ünvanında yerləşən Samsung Store mağazasında Samsung brendinin geniş çeşidli müasir model xətti, həmçinin, zəngin aksessuar seçimi təklif olunur. Bütün bunlarla müştərilər komfortlu şəraitdə, yüksək səviyyəli xidmətlə, rahat şəkildə tanış ola bilirlər.
Üstəlik, Samsung brend mağazasında müasir nümayiş (demo) zonası mövcuddur. Demo-zonada təqdim olunan modelləri dizayn, funksionallıq baxımından qiymətləndirmək, istənilən opsiyaları yoxlamaq, ən yeni məhsulları sınaqdan keçirmək, məhsulların fərqli və üstün tərəflərini açıqlayan texniki xüsusiyyətlərə dair peşəkar məsləhət almaq olar.
Əlavə məlumat üçün əlaqə nömrəsi *9494.