(R) Hesab.az portalında növbəti "Bakcell həftələri" kampaniyasına start veriləcək
09 sentyabr 2013 10:54 (UTC +04:00)

(R) Hesab.az portalında növbəti "Bakcell həftələri" kampaniyasına start veriləcək

Bakcell abunəçiləri, Hesab.az onlayn xidmətlər portalının xidmətlərini istifadə edərək əlavə bonuslar qazanacaqlar.

 

9 – 15 sentyabr 2013-ci il tarixində, Hesab.az portalında sayca beşinci olan "Bakcell həftələri" adlı olan kampaniyaya start veriləcək.

 

Bu günlər ərzində, Hesab.az portalı qeydiyyatdan keçən istifadəçilər, Bakcell xidmətləri üzrə aparılan 10 manatadək əməliyyatlara görə hər 1 manata 200 bonus xalı qazanacaqlar.

 

10 manatdan 20 manatadək aparılan ödənişlərin hər 1 manatı istifadəçilərə 300 bonus xalı qazandıracaq, və nəhayət 20 manatdan çox ödəniş edənlər ödədikləri hər 1 manata 400 bonus xalı qazanacaqlar.

 

Bonus xalları ilə Bakcell abunəçiləri Hesab.az hərraclarında xüsusi hədiyyələr əldə edə biləcəklər.

 

Kampaniya ərzində portaldakı hərraclara müxtəlif çeşiddə hədiyyələri çıxarılır. Auksionlarda iştirak etmək üçün istifadəçilər Hesab.az portalında qeydiyyatdan keçməlidirlər, və ən azı 20 min bonus xalı toplamalıdırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474
avatar

Oxşar yazılar