Nazir müavini: "Avropalı gənclər Azərbayacana axın edəcək"
25 noyabr 2013 19:29 (UTC +04:00)

Nazir müavini: "Avropalı gənclər Azərbayacana axın edəcək"

Gənclər və idman nazirinin müavini İntiqam Babayev APA TV-yə ekskluziv müsahibəsində bildirib ki, namizəd şəhərlər Avropada kifayət qədər tanınan yerlər olsa da, bəzi üstünlüklərə görə Gəncə birincilik qazanıb.

 

İntiqam Babeyev deyir ki, Gəncənin gənclər paytaxtı seçilməsi avropalı gənclərin Azərbaycana axını deməkdir.

 

Azərbaycanın Bakı və ya Sumqayıtın yox, məhz Gəncənin namizədliyini irəli sürməsinə gəlincə, İtiqam Babayev deyir ki, Gəncə vaxtilə Azərbaycanın ilk gənclər paytaxtı seçilmişdi. Gəncdə kifayət qədər infrastruktur var.

 

Bu tədbir Avropada 2009-cu ildən keçirilir. Bu günə kimi, Niderland Roterdam, Turin, Antverp, Braqa, Maribor, Saloniki, Kluj şəhərləri Avropanın gənclər şəhəri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 927
avatar

Oxşar yazılar