"Ermənilər Bakıya gələndə təəccüblənmişdilər" - <span style="color:red;">Dövlət müşaviri
22 yanvar 2016 11:36 (UTC +04:00)

"Ermənilər Bakıya gələndə təəccüblənmişdilər" - Dövlət müşaviri

 

“Xalq diplomatiyası çərçivəsində ermənilər Azərbaycana gələrkən Bakıdakı erməni kilsəsini görəndə təəccüblənmişdilər ki, Azərbaycanda erməni dilində kitablar, materiallar səliqə-sahmanla qoruyub saxlanılır. Onlar Moskvaya zəng vurub deyirdilər ki, mən Bakıda filan qiymətli əlyazmanı gördüm. Bu, Azərbaycan xalqının dini, mənəvi və intellektual dəyərlərə verdiyi qiymətin nümunəsidir”. 

 
APA-nın məlumatına görə, bunu millətlərarası, multikulturalizm və dini tolerantlıq üzrə dövlət müşaviri Kamal Abdullayev deyib. O bildirib ki, Azərbaycanda ermənifobiya yoxdur: “Azərbaycanda ermənifobiyanın olmadığını dünya yavaş-yavaş başa düşməkdədir. Biz ermənifobiya ilə yaşamadığımızı  hər addımımızda göstəririk. Bizdə ermənifobiya yoxdur”. 
 
K. Abdulla əlavə edib ki, xalq diplomatiyasının davamı maraqlı ola bilərdi: “Üçüncü ölkələr də bunu davam etmək istəyirdilər. Amma ermənilər bundan imtina etdilər. Azərbaycan xalqının ermənilərlə birgə yaşamaq potensialı var. Münaqişənin sülh yolu ilə həll olunması potensialı bitməyib. Biz sülhün tərəfdarıyıq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 340

Oxşar yazılar