<span style="color:red;">Sürücülərin nəzərinə : Zığ dairəsi bağlandı
29 oktyabr 2016 17:22 (UTC +04:00)

Sürücülərin nəzərinə: Zığ dairəsi bağlandı

 

Zığ-Hövsan yolunun tikintisi işləri çərçivəsində Zığ dairəsində yenidənqurma işləri həyata keçirilir.

 

“Azəravtoyol”dan Lent.az-a verilən məlumata görə, 31 oktyabr səhər saat 10:00-dan etibarən bir-neçə gün müddətində dairədə hərəkət məhdudlaşdırılacaq.

 

Sürücülər Zığ qəsəbəsinə daxil olmaq üçün alternativ olaraq Hövsan və Suraxanı yollarından istifadə edə bilərlər.

 

Hövsan qəsəbəsi istiqamətinə və əksinə gediş-gəlişdə isə hər-hansı bir məhdudiyyət olmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar