<span style="color:red;">Şeyx:  “<b>Saqqal saxlayan hamı din xadimi deyil"</b>
08 dekabr 2016 15:18 (UTC +04:00)

Şeyx: Saqqal saxlayan hamı din xadimi deyil"

 

”Hər bir məscid dindarların, dini icmanın və ianələrin hesabına yaşamalıdır. Ancaq indi məscidlərin hamısı ianə istəyir”.

 

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının jurnalistlər üçün təşkil etdiyi iki həftəlik “Milli-mənəvi dəyərlər və KİV” mövzusunda təlimlərin başa çatması ilə əlaqədar keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib. QMİ sədri istənilən şəxsə din xadimi kimi yanaşılmasını düzgün saymayıb: “İndi dünyada kim istəyir saqqal qoya bilər, ancaq bunların hamısı din xadimləri deyillər. QMİ-nin din xadimlərinə müvafiq vəsiqələr verilir”.

 

A. Paşazadə dini xurafatın təhlükəli olduğunu vurğulayıb: “Din o qədər xurafatlaşdı ki, müəyyən cərəyanlar yarandı”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Oxşar yazılar