Artıq insanlar taksi vərdişlərini dəyişməli olacaqlar
15 yanvar 2015 15:25 (UTC +04:00)

Artıq insanlar taksi vərdişlərini dəyişməli olacaqlar

Azərbaycanda yeni taksi xidməti fəaliyyətə başlayıb. Artıq əvvəlki kimi yol kənarında dayanıb taksi saxlamağa və ya taksi çağrı mərkəzinə zəng edib xəttə gözləməyə ehtiyac yoxdur. Lent.az məlumat verir ki , fəaliyyətə başlayan aTaksi xidməti artıq bütün vərdişləri dəyişəcək. Bu xidmətlə insanlar taksini bir başa telefonlarındaki programdan tək toxunuşla sifariş edə biləcəklər. aTaksi programı bütün ağıllı telefonlarda istifadə oluna bilir. Bunun üçün sadəcə PlayStore və ya AppStore dan "ataksi" programını yükləmək kifayətdir. Program istifadəçilərə xüsusi özəlliklər təqdim edir Belə ki istifadəçilər programı yükləyib xəritədə ən yaxındakı taksini görə biləcəklər. İstədikləri taksini sifariş edə biləcəklər və həmçinin xəritədə olan taksilər haqqında məlumat, sürücünün adı, soyadı, maşının dövlət qeydiyyat nişanı və sürücünün şəklini görə biləcəklər.Bundan əlavə istifadəçilər gedəcəkləri ünvanı xəritədən seçib həmin ümumi yolun ən sərfəli gediş haqqını özləri programdan öyrənə biləcəklər. Bunun nəticəsində artıq sürücü ilə qiymət danışmağa ehtiyac qalmayacaq. Taksi sifariş edən istifadəçilər həmiçinin xəritədən taksinin ona doğru gəldiyini də görə biləcəklər. Qısa zamanda taksiçilik fəlsəfəsini dəyişən aTaksi istifadəçilərinə yeni funksyalar da vəd edir. Tezliklə istifadəçilər gediş haqqını hətta kart vasitəsiylə mobil telefondan ödəyə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 150
avatar

Oxşar yazılar