<span style="color:red;">Qəbul imtahanı başa çatdı -  bəzi abituriyentlərin nəticələri ləğv edilib
18 iyul 2018 14:41 (UTC +04:00)

Qəbul imtahanı başa çatdı - bəzi abituriyentlərin nəticələri ləğv edilib

Dövlət İmtahan Mərkəzinin (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirdiyi I və IV ixtisas qrupları üzrə qəbul imtahanı başa çatıb.

 

DİM-dən APA-ya verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün Mərkəzdə operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.

 

Məlumatda o da bildirilib ki, bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb: “Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıblar. Bundan əlavə, imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, başqasının yerinə imtahana girmək istəyən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244
avatar

APA Baycan

Oxşar yazılar