AMEA prezidenti Akif Əlizadə təhsil nazirindən danışıb. Lent.az-ın məlumatına görə, o qeyd edib ki, Təhsil Nazirliyi islahatlar aparır: “Gənc nazir Mikayıl Cabbarovu işlərində dəstəkləyirik. Təhsil sahəsi çox ağır sahəsidir və bəzi çatışmazlıqlar var”.
Onun sözlərinə görə. Azərbaycan sovet sistemindən Boloniya sisteminə keçib. “Bu da ağır olur. Həm qəbul, həm də təhsil özü ciddi bir problemdir. Ciddilik orada nə qədər artıq olsa o qədər oradan tələbə bilikli çıxar. Mən özüm sovet məktəbində oxumuşam. Sovet təhsil sistemini dəstəkləyirəm”.