Baltika ətrafı ərazilər Avropanın ən gözəl guşələrindəndir. Burada mükəmməl istirahət üçün hər cür şərait mövcuddur: yaxşı çimərliklər, canlı mənzərə, sağlam iqlim və təbii ki, yerli əhalinin qonaqpərvərliyi. Müasir Baltikyanı ərazilər Rusiya, Latviya, Litva, Estoniya, Polşa sərhədləri ilə təmsil olunur. Amma postsovet məkanında Baltikyanı (Pribaltika) ölkələr dedikdə, ilk növbədə Litva, Latviya və Estoniya nəzərdə tutulur. Baltikyanı ölkələr həm də Skandinaviyanın qapısı sayılır. Hər üç Baltikyanı dövlətin Şenqen zonasına daxil olması bu ölkələrdən Skandnaviyaya da getməyi asanlaşdırır. Qeyd edək ki, hər üç Baltikyanı dövlət həm də Avro pul məkanına daxil olublar və yay mövsümündü bu ölkələrə Bakıdan birbaşa aviauçuşlar təşkil olunur. Baltikyanı ölkələr 50 il Sovetlər Birliyinin üzvü olsa da, onları sovetləşdirmək və assimilyasiya etmək mümkün olmayıb. Bu ölkələrin xalqları sonacan öz dillərini, tarixlərini və mədəni irslərini qoruyub saxlaya biliblər.
Kəhrəba vətəni Litva
Əhalisinin sayına görə Litva Baltikyanı ölkələrin ən böyüyüdür. Əhalisi 3,1 mln. nəfər təşkil edir. Litvanın paytaxtı Vilnüs şəhəri Neris çayının sahilində yerləşir. Neris çayının sahili və onun üzərindəki körpülər Vilnüsə xüsusi gözəllik verir. Vilnüsdə qonaqları həmçinin YUNESKO tərəfindən ümumdünya mədəniyyət irsi kimi tanınan “Köhnə şəhər”in memarlıq inciləri gözləyir. Baltikyanı ölkələrin mədəniyyət mərkəzi sayılan Kaunas müxtəlif muzey və qalereyalarla zəngindir.
Litva təbiəti çox əsrarəngiz və rəngarəngdir. Litvanın şəfalı palçıq və mineral su mənbələri toxunulmaz meşələrlə əhatə olunub. Qeyd edək ki, Litvanın sahilyanı Klaypeda və Palanqa şəhərlərinin çimərlikləri təmizliyinə görə Avropa Birliyi tərəfindən “Mavi bayraqlar”la manşırlanıb.
Pribaltikanın mirvarisi - Latviya
Latviyaya səyahət – yekcins adi həyatdan can qurtarmaq, öz ruhuna və cisminə bayram hədiyyəsi etmək üçün ən yaxşı məkandır. Burada gözəl təbiətin qoynunda, şəfalı şam ağacları və dəniz havasında su idman növləri ilə məşğul olmaqla yanaşı, mənzərəli yerlərlə də tanış olmaq mümkündür .
Latviyanın paytaxtına səyahət qədim memarlıq nümunələrini seyr etmək, Köhnə Riqanın dar küçələrini dolaşmaq, Doms Kilsəsinə, qədim Avropa şəhərinin gecə həyatına baş vurmaq və alış-veriş etmək üçün gözəl bir fürsətdir. Yayda Latviyaya səyahət edən turist onun mədəniyyət paytaxtı olan Yurmalaya baş çəkməsə bağışlanmaz səhvə yol vermiş olar. Burada ənənəvi olaraq Şən və Hazırcavablar Komandasının musiqili festivalı, estrada mahnıları ifaçılarının “Yeni dalğa” beynəlxalq müsabiqəsi və s. bu kimi möhtəşəm tədbirlər keçirilir.
Estoniya lətafəti
Baltikyanı ölkələrin hamısının öz incisi var, amma onların içində turistlər üçün Estoniya əsl sirdir. Bu ölkəyə səyahət edənlər orta əsrlərə aid məhəllələrə ekskursiya etmək, əzəmətli qəsrlərə baş çəkməklə yanaşı, ən müasir meqapolisdə əylənmək imkanına malikdirlər. Bundan əlavə Estoniya öz müalicəvi kurortları, iynəyarpaqlı meşələri, xalq ənənələri ilə şöhrətlənir. Qeyd edək ki, Estoniyanın paytaxtı Tallin 2011-ci ildə Avropanın Mədəni Paytaxtı adına layiq görülüb.
Bundan əlavə Baltikyanı ölkələrin hamısında otel seçmək imkanı çox genişdir. Turistlər dəbdəbəli otellərlə yanaşı, kənd malikanəsi və ya köhnə şəhərlərin mini otellərini də seçmək imkanına malikdirlər.
Qeyd edək ki, Baltikyanı ölkələrdə qiymətlər digər Avropa Birliyinə daxil olan ölkələrlə müqayisədə xeyli aşağıdır. Buna mobil rabitə qiymətləri də aiddir. Bu ölkələrə baş çəkən hər bir azərbaycanlı bilməlidir ki, Azercell-in keyfiyyətli və sərfəli rominqi sayəsində onun öz doğma vətəni ilə əlaqə saxlamaq baha başa gəlməyəcək. Belə ki, Litvada (Omnitel), Latviyada (LMT) və Estoniyada da (AS EMT) Azercell kimi TeliaSonera şəbəkəsinə aid mobil operatorlar fəaliyyət göstərir. Qeyd edək ki, TeliaSonera Qrupuna aid mobil operatorların təmsil olunduğu bütün ölkələrdə unikal rominq tarifləri tətbiq olunur. Buraya turistlərin sevimli istiqamətləri olan İspaniya, Danimarka, Skandinaviya, Baltik yanı ölkələr, Orta Asiya, Nepal və digərləri daxildir.
Yerli Azərb Digər ölk. sms data
Estonia |
AS EMT |
0.25 |
0.50 |
0.50 |
0.09 |
0.45 |
Georgia |
Geocell |
0.25 |
0.47 |
0.50 |
0.09 |
0.45 |
Kazakhstan |
Kcell |
0.25 |
0.50 |
0.50 |
0.09 |
0.45 |
Latvia |
“LMT Latvia” |
0.25 |
0.50 |
0.50 |
0.09 |
0.45 |
Moldova |
“MoldCell” |
0.25 |
0.50 |
0.50 |
0.09 |
0.45 |
Norway |
“Netcom Norway” |
0.25 |
0.50 |
0.50 |
0.09 |
0.45 |
Litva |
“Omnitel Lithuania” |
0.25 |
0.50 |
0.50 |
0.09 |
0.45 |
Finland |
“Sonera Corporation Finland” |
0.25 |
0.50 |
0.50 |
0.09 |
0.45 |
Tadjikistan |
“Tcell” |
0.25 |
0.50 |
0.50 |
0.09 |
0.45 |
Denmark |
“Telia Denmark” |
0.25 |
0.50 |
0.50 |
0.09 |
0.45 |
Sweden |
“Telia Mobile AB Sweden” |
0.25 |
0.50 |
0.50 |
0.09 |
0.45 |
Spasin |
“Xfera” |
0.25 |
0.50 |
0.50 |
0.09 |
0.45 |
Uzbekistan |
“Ucell” |
0.25 |
0.50 |
0.50 |
0.09 |
0.45 |
Nepal |
“Ncell” |
0.25 |
0.75 |
0.75 |
0.09 |
0.45 |
Bu ölkələrə səfər edən Azercell abonentlərinə öz vəsaitlərinə qənaət etmək və daha sabit və dayanıqlı rabitə əldə etmək istəyirsə, adı çəkilən operatorlar vasitəsilə rominq xidmətinə qoşulmaq tövsiyə olunur. Həmçinin, unutmayın ki, 13 iyun- 31 avqust tarixləri arası Azercell Fakturalı xətt abunəçiləri üçün rominq depozitlərini ləğv edib. Səyahət etməyə tələsin!