(R) “Unibank” balaca dostlarını sevindirdi
01 iyun 2015 17:19 (UTC +04:00)

(R) “Unibank” balaca dostlarını sevindirdi

 

“Unibank” əməkdaşları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günündə Buzovna qəsəbəsində yerləşən 3 saylı Uşaq evinin qonağı olub və  bayram münasibəti ilə uşaqları təbrik ediblər. Öz fəaliyyətində sosial layihələrə, xüsusən də qayğıya ehtiyacı olan uşaqlarla bağlı tədbirlərə önəm verən “Unibank”ın bayram hədiyyəsi də fərqli olub. “Unibank” əməkdaşları Uşaqların Beynəlxalq Müdafiəsi günündə uşaqlara onların biliklərinin artırılmasına, inkişafına töhfə verəcək kitablar hədiyyə ediblər. Nağıl kitabları ilə yanaşı, ensiklopedik nəşrlər, əyləncəli jurnallar uşaqların çox xoşuna gəlib. Bank əməkdaşları qayğıya ehtiyacı olan uşaqlara sağlam və savadlı böyüməyi arzulayıblar.

 

Öz fəaliyyətində sosial layihələrə, xüsusən də qayğıya ehtiyacı olan uşaqlarla bağlı tədbirlərə önəm verən “Unibank” bundan sonra da sosial aksiyalar keçirməkdə, sosial layihələrə dəstək verməkdə davam edəcək.

 

“Unibank” – hər kəsin bankı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141
avatar

Oxşar yazılar