(R) Bank of Baku-da Talassemiya və Hemofiliyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib
16 fevral 2018 17:19 (UTC +04:00)

(R) Bank of Baku-da Talassemiya və Hemofiliyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib

 

“Bank of Baku” fəaliyətinin 24-cü ildönümü ərəfəsində Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti sosial layihələrindən birinə imza atıb. Belə ki, Bankın Baş İdarəsində Talassemiya və Hemofiliyadan, həmçinin leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün  qanvermə aksiyası həyata keçirilib.

Bankın əməkdaşlarının iştirakı ilə “Qan verək, bir həyatın da qəhrəmanı biz olaq!” şüarı altında keçirilən aksiyada ümumilikdə 10 litrdən çox qan verilmişdir. Mərkəzi Qan Bankının peşəkar həkim kollektivinin dəstəyi ilə keçirilən aksiyanın əsas məqsədi Respublika Talassemiya Mərkəzində qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək olmaqdır.

Gələcəkdə Bank of Baku-nun digər ofis və filiallarında keçirilməsi planlaşdırılan bu aksiyada təşkilatı dəstək Qan Donorları Assosiasiyası İctimai Birliyi tərəfindən göstərilmişdir.  

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

 

# 128
avatar

Oxşar yazılar