“Bank of Baku”da əməliyyat keçirilib - <span style="color:red;">YENİLƏNİB
04 mart 2014 19:19 (UTC +04:00)

“Bank of Baku”da əməliyyat keçirilib - YENİLƏNİB

 “Həbs olunmağımla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”. Bunu APA-ya açıqlamasında “Bank of Baku”nun Müşahidə Şurasının sədri Elçin İsayev bildirib.

 

E. İsayev bu gün mediada həbs olunması ilə bağlı xəbərlər yayılandan sonra agentliklə əlaqə saxlayıb və hazırda iş başında olduğunu deyib: “Bəzi media orqanlarında mənim həbs edilməyimlə bağlı yalan informasiyalar yayılıb. Qəti şəkildə bildirirəm ki, bu məlumatlar həqiqətə uyğun deyil, mən iş başındayam”.

 

 

APA-nın əldə etdiyi məlumata görə isə hüquq-mühafizə orqanları bu günlərdə “Bank of Baku”da əməliyyat keçirib. Lakin əməliyyat bankın rəhbərliyinin müraciəti əsasında aparılıb.

 

 

Məlumata görə, “Bank of Baku”nun rəhbərliyi bankın sisteminə kənar müdaxilənin olmasından şübhələnərək, məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması üçün ərizə ilə müraciət edib. Keçilmiş əməliyyat nəticəsində bankın sisteminə müdaxilə faktı təsdiqini tapıb. Hazırda bu istiqamətində araşdırmalar davam etdirilir.

 

 

Məlumata görə, hələlik məsuliyyətə cəlb olunan yoxdur. 

 

***

18.14

Bu gün bir sıra kütləvi informasiya vasitələrində “Bank of Baku”-nun Müşahidə Şurasının sədrinin həbsinə dair əsassız məlumat yayılıb. Lent.az-ın verdiyi məlumata görə, “Bank of Baku” ASC bildirir ki, bankın Müşahidə Şurasının sədri Elçin İsayev heç bir dövlət orqanı tərəfindən saxlanılmayıb. Yayılan məlumat tam əsassızdır və həqiqəti əks etdirmir. “Bank of Baku”-nun Müşahidə Şurasının sədri Elçin İsayev normal bank fəaliyyətini davam etdirir.

 

“Bank of Baku”-nun baş ofisi və ölkə boyunca yerləşən filialları normal rejimdə işləməkdədirlər.

 

Bu yaxınlarda 20 illiyini qeyd edən “Bank of Baku” ASC müştəriləri məmnun edəcək yeni məhsul və xidmətlərinin təqdimatına hazırlaşır.

 

 

Qeyd edək ki, bu gün mətbuatda Elçin İsayevin saxlanılması xəbəri yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4326
avatar

Oxşar yazılar