<span style="color:red;">"Bakıdan mənzərələr" : Əbədi alov - "Atəşgah məbədi" - <span style="color:red;">FOTO - LAYİHƏ
02 noyabr 2016 14:09 (UTC +04:00)

"Bakıdan mənzərələr": Əbədi alov - "Atəşgah məbədi" - FOTO - LAYİHƏ

Layihənin məqsədi Bakı kəndlərini, ümumiyyətlə, Bakının tarixi məkanlarını oxucularla yaxından tanış etməkdir. Ötən həftə Maştağa kəndindən hazırlanan foto-reportaj təqdim olunmuşdu. 

 

http://news.lent.az/news/257712

 

Bu dəfə isə "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlıq olacaq.

 

Lent.az həmin fotoları təqdim edir: 

 

"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında ümumi məlumat:

 

Məkan - Bakının Suraxanı kəndi

 

Tarixi - XVII əsr. Gəlmə Parslar (atəşpərəst hindli tacirlər) tərəfindən təbii qaz sızan yerdə, sönməyən alovun üzərində tikilib. "Atəşgah" ("Od yeri") adlandırılıb.

 

Məbədin ən erkən tikilisi olan tövlə eramızın 1713-cü ilində, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti hesabına tikilib.

 

Atəşgah məbədi atəşpərəstlərin sitayiş yeri olub. Bura gələn ticarətçilərin və zəvvarların böyük bir qismi hindistanlılar idi.

 

Məbəd - 26 hücrədən və mərkəzi ibadətxanadan ibarətdir. Hər hücrə 3-4 nəfər tutur. Məbəddə 20 qiymətli daş kitabə var ki, onlar hücrənin üstündə yerləşir. Bir kitabəni zərdüştlər, 19-nu isə atəşpərəstlər qoyub. Kitabələrdən 19-u hind, biri isə fars dilində yazılıb. Hər kitabədə otaqların neçənci ildə və hansı tacir tərəfindən tikilməsi, hind tanrılarının adları da qeyd olunub.
 
"Atəşgah məbədi" UNESCO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilib.

 

Foto - Ramil Zeynalov © APAHOLDİNG

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308
avatar

Oxşar yazılar