[b]Həyati vacib əhəmiyyətli obyektlər enerji ilə tam təmin olunub[/b] - [b]RƏSMİ STATİSTİKA[/b]
03 iyul 2018 05:12 (UTC +04:00)

[b]Həyati vacib əhəmiyyətli obyektlər enerji ilə tam təmin olunub[/b] - [b]RƏSMİ STATİSTİKA[/b]

Azərbaycanın rayonlarına elektrik enerjisi verilişinin statistikası açıqlanıb.

 

Azərenerji ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlının APA-ya verdiyi məlumata görə, ölkənin şimal və qərb rayonları, həmçinin Bakının Yasamal rayonu elektrik enerjisi ilə tam təmin olunub: "Bu göstərici Mərkəzi Aran bölgəsində 60 faiz, Bakının Sabunçu rayonunda 30 faiz, Xəzər rayonunda 80 faiz, Binəqədi rayonunda 90 faiz, Nəsimi rayonunda 40 faiz, Nərimanov rayonunda 30 faiz, Səbail rayonunda 20 faiz, Nizami rayonunda 10 faizdir".

 

 Y. Babanlı bildirib ki, həyati vacib əhəmiyyətli obyektlərin enerji ilə təminatı tam bərpa edilib: "Qısa müddətdə ölkənin digər bölgələrində də enerjinin verilişi təmin ediləcək".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277
avatar

Oxşar yazılar