<b>DİM-dən bakalavrlara yeni xəbər </b>
25 fevral 2019 11:32 (UTC +04:00)

DİM-dən bakalavrlara yeni xəbər

0

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına  qəbul imtahanının birinci mərhələsi  ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apellyasiya Komissiyası yaradılıb. Bu barədə Lent.az-a DİM-dən məlumat verilib.

 

Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Bakalavrlar  Apelyasiya Komissiyasına 25, 26, 27 fevral  tarixlərində saat 10:00‑dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 521

Oxşar yazılar