<b>Bu ilin ikinci Ay tutulması başladı</b>
27 iyul 2018 22:26 (UTC +04:00)

Bu ilin ikinci Ay tutulması başladı

2018-ci ilin  ikinci Ay tutulması başlayıb.

 

Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov APA-ya deyib ki, Ay tutulması Bakı vaxtı ilə saat 22:24:27-də başlayıb, saat 00:21:44-də maksimumda olacaq və saat 02:19:00-da sona çatacaq.

 

Direktor müavininin sözlərinə görə, Ay tutulması Azərbaycan ərazisində tam müşahidə olunacaq və həmin tarixdə Mars-Yerqarşıdurması hadisəsi də baş verəcək.

 

X. Mikayılov qeyd edib ki, Ay tutulması Yerin ekvatorial zonasında baş verəcək: “Bu Ay tutulması mərkəzi tutulma adlanır. Yəni, Ay kölgənin mərkəzindən keçəcək”.

 

Qeyd edək ki, 2018-ci ildə ilk Ay tutulması 31 yanvarda baş verib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 383
avatar

Oxşar yazılar