![[b]Azərbaycanda iş yerlərində seksizm halları baş verir - Dövlət Komitəsi[/b]](https://lent.az/storage/news/2019/may/13/big/96d9af9ba17451194f8705f3ad6bf7bb.jpg)
[b]Azərbaycanda iş yerlərində seksizm halları baş verir - Dövlət Komitəsi[/b]
"Cəmiyyətdə cinsiyyətçiliyin qarşısı alınmalı və ona qarşı mübarizə aparılmalıdır".
ONA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov Bakıda "Gender bərabərliyi və media" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycanda iş yerlərində, xüsusi olaraq təhsil və tibb müəssisələrində seksizm halları baş verir: "Son araşdırmalara əsasən, Azərbaycanda 24-30 yaşlı insanların 85 faizi sosial şəbəkə istifadəçiləridir. Sosial şəbəkələrdə və reklamlarda isə seksizm halları baş alıb gedir".
E.Səfərov qeyd edib ki, seçkilər, ictimai müzakirələr zamanı siyasətçilər, jurnalistlər qeyri-seksist nitqə üstünlük verməlidirlər: "Onu da qeyd etməliyəm ki, seksizm ifadə olaraq Azərbaycan milli qanunvericiliyinə daxil edilməyib. Seksizm ifadəsi Cinayət və İnzibati Xətalar məcəllələrinə və "Gender bərabərliyinin təminatları haqqında" qanuna daxil edilməlidir. Seksizm yalnız qadınlara qarşı deyil, uşaqlara qarşı da baş verir. Seksizm birbaşa insan hüquq və azadlıqlarının pozulmasıdır".
Oxşar yazılar

XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12