[b]Ali məktəblərə və kolleclərə sənəd qəbulu yekunlaşır[/b]
27 aprel 2018 10:00 (UTC +04:00)

[b]Ali məktəblərə və kolleclərə sənəd qəbulu yekunlaşır[/b]

 

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır.

 

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, ərizələrin qəbulu aprelin 30-dək davam edəcək.

 

Aprelin 27-si saat 09:30-dək olan məlumata əsasən,  78509 abituriyent elektron ərizəsini təsdiq edib. 

 

Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına aid olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.

 

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlu­matların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir. 

 

Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda 2018-ci il mayın 17-dən iyunun 14-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/ erizebak /erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edirlər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar