[b]"H5N8 virusu quşlardan insana keçmir" -[/b] Xidmət rəisi
25 noyabr 2016 15:41 (UTC +04:00)

[b]"H5N8 virusu quşlardan insana keçmir" -[/b] Xidmət rəisi

“İranda ev quşları arasında yayılan H5N8 yüksək patogenli "quş qripi" H5N1-in virusunun tipidir. Lakin virusun bu tipi H5N1-dən fərqli olaraq quşlardan insana keçmir”.

 

Bunu APA-ya Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov deyib.

 

O qeyd edib ki, H5N8 yüksək patogenli "quş qripi" yalnız quşları öldürür: “Əhaliyə müraciət edib bildirmək istəyirəm ki, narahatlığa heç bir əsas yoxdur. Virusun bu tipi yalnız quşları öldürür. Yaxşı olardı ki, ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın”.

 

Qeyd edək ki, DBNX-da Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə yüksək patogenli quş qripi xəstəliyi qeydə alındığı üçün İrandan diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti olaraq məhdudiyyət qoyulması məqsədi ilə əmr imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 289
avatar

APA Baycan

Oxşar yazılar