[b]"1700 hektar torpağı özümüz dövlətə qaytardıq" -[/b] Şeyx
08 dekabr 2016 15:16 (UTC +04:00)

[b]"1700 hektar torpağı özümüz dövlətə qaytardıq" -[/b] Şeyx

 

Qafqaz Müsəlmanları İdarəsiŞabranda (Dəvəçi-red.) 1700 hektar ərazinin qurumdan alınmasına aydınlıq gətirib. 
 

APA-nın məlumatına görə, bu gün Qafqaz Müsəlmanları İdarəsiDini Qurumlarla İş üzrə Dövlət Komitəsivə Mətbuat Şurasının jurnalistlər üçün təşkil etdiyi iki həftəlik "Milli-mənəvi dəyərlər və KİV" mövzusunda treninqlərin başa çatması ilə əlaqədar keçirilən tədbirdə QMİ sədri Allahşükür Paşazadə həmin torpağın QMİ tərəfindən dövlətə qaytarıldığını söyləyib. 



O bildirib ki, Özbəkistandan qovulan zaman ahıska türkləri Azərbaycana gəliblər: "Onlar məni tanıyırdılar və mənə inanırdılar. O zaman mən Heydər Əliyevə müraciət etdim və o torpaq ayrıldı. O torpaqlarda Özbəkistandan gələnlər yerləşdirildi. Artıq o insanların problemləri həll olunub. Bu gün o torpağa mənim ehtiyacım yoxdur. Ona görə də biz özümüz o torpaqları dövlətə verdik".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

APA Baycan

Oxşar yazılar