<span style="color:red;">"Azərsu"nun su vədi : Bakının qəsəbələrində niyə su yoxdur?
14 iyul 2015 14:36 (UTC +04:00)

"Azərsu"nun su vədi: Bakının qəsəbələrində niyə su yoxdur?

Bakının bəzi qəsəbələrində su problemi yaşanır.

 

Bunu Lent.az-ın "Facebook"-dakı rəsmi səhifəsində keçirilən müvafiq sorğuda (https://www.facebook.com/onlinexeber?fref=ts) iştirak edən sosial şəbəkə istifadəçiləri də təqdiqləyiblər. 

 

Sosial şəbəkə istifadəçiləri yazıb ki, "Azərsu"nun məsul şəxslərinin dəfələrlə vəd vermələrinə baxmatyaraq, hələ də Bakının bəzi qəsəbələrində su fasilələrlə verilir, bu fasilələr isə bəzən günlərlə də davam edir. 

 

Ötən həftənin şənbə günü "Azərsu" belə bir məlumat yaydı: "Bakının bir neçə rayonuna suyun verilməsində məhdudiyyətlər olub. Kür sutəmizləyici qurğularından Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal və Binəqədi rayonlarının müəyyən hissələrinə içməli suyun verilməsində fasilələr yaranıb. Qəzanın qısa müddətdə aradan qaldırılması istiqamətində işlər davam etdirilir".

 

"Azərsu"nun rəsmisi Anar Cəbrayıllı bildirib ki, artıq problem həllini tapıb və əhaliyə verilən suyun təzyiqi rejimə uyğunlaşdırılır. "Anbarlara su ehtiyatı toplanılır ki, problemlər yaranmasın. Bununla bağlı, bizdə su təchizatında əsasən problem yarandı Yasamal, Binəqədi və Səbail rayonlarında. Məsələn, bu rayonların bəzi hissələrində problem müşahidə olunmurdu, o ərazilər 24 saatlıq rejimdə su ala bilirdi, o əraziləri keçirdik fasiləli rejimə. Lakin hazırda vəziyyət stabilləşib. Hazırda zən mərkəzimizə gələn şikayətlərin sayında 2 dəfə azalma müşahidə olunur".

 

A. Cəbrayıllı bu gün su təchizatında problemlərin yaşandığı ərazilərin adlarını da açıqlayıb: "Həmin əraziləri Suraxanı rayonunun ətraf əraziləridir, Xətai rayonu, Əhmədli qəsəbəsi, Naximov küçəsi, kənd Binəqədinin kiçik bir hissəsidir. Başqa ərazilərdə, su təchizatı ilə bağlı, demək olar ki, problemlər yoxdur".

 

Bu, "Azərsu"nun mövqeyi. İndi isə sosial şəbəkə istifadəçilərinin su təchizatı ilə bağlı gileyləndiyi əraziləri təqdim edirik, yəqin ki, "Azərsu" rəsmilərinə də maraqlı olar:

 

Xətai rayonu, Əhmədli qəsəbəsi, Mehdi Mehdizadə küçəsi, Gəncə prospekti; Nizami rayonu, Xalqlar Dostluğu metro stansiyasının yaxınlığı; Suraxanı rayonu, Köhnə və Yeni Günəşli, Qaraçuxur qəsəbələri; Nərimanov rayonu, Azadlıq prospekti; Xəzər rayonu, Binə qəsəbəsi, Bilgəh qəsəbəsi, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Biləcəri qəsəbəsi, Yasamal rayonu, Şərifzadə küç. 196, 9-cu mikrorayon; Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küç.; Xırdalan dairəsinin yaxınlığındakı ərazilərdə, Abşeron rayonu, Nübar və At yalı qəsəbələri, "Gənclər şəhərciyi" yaşayış kompleksi, Mehdiabad qəsəbəsi, Məhəmmədli qəsəbəsi.

 

Əlavə olaraq qeyd edim ki, siyahı maksimum komplektləşdirilib, qısaldılıb. Maraqlananlar Lent.az-ın "Facebook" səhifəsində tam siyahı və yazılan şərhlərlə tanış ola bilərlər.

 

Şərhlər demişkən, 1-2 şərh var idi ki, onların üzərində xüsusilə dayanmamaq olmazdı. Məsələn, onlardan biri Ramazan bayramı ilə əlaqəli olduğu üçün daha aktualdır. İstifadəçilərdən biri yazır: "Artıq 4 gündür ki, Biləcəri qəsəbəsində 1 damcı da su gəlmir, TV-də iftara qədər verəcəklərini desələr də, bu gedişatla artıq 3-cü iftarı susuz açacağıq". 

 

Zabrat qəsəbəsində yaşayan sakinlərdən biri isə yazır ki, "təzə məktəbin sol tərəfində təzə borularla bir-iki evə su çəkdilər "dlya pokazuxa", elə də da qoyub getdilər. Köhnə borularla su gəlmir. Xahiş edirik, gəlsinlər təzə borulardan küçələrə da su çəksinlər. BİZ DƏ KÖMƏK ELƏYƏRİK".

 

Buzovna qəsəbəsindən isə yazırlar ki, "içməli suyu əhali pulla alır, ala bilməyəndə yollarda olan su kranlarından baçoklarla daşıyır".

 

İlkin Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2600

Oxşar yazılar